UEFA Konfrans Liqası: "Sabah" və "Zirə" bu gün cavab matçlarını keçirəcək
Bu gün Azərbaycanın Konfrans Liqasındakı təmsilçiləri "Sabah" və "Zirə" III təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxacaq.
BAKU.WS xəbər verir ki, "Sabah" Masazırda İrlandiyanın "Sent Patriks Atletik" klubunu qəbul edəcək.
Görüş Bakı vaxtı ilə saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.
Rəşad Sadıqovun baş məşqçisi olduğu "Zirə" isə Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gələcək. "Dalğa Arena"da keçiriləcək görüşün start fiti saat 20:30-da səslənəcək.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab görüşləri
15 avqust
20.30. "Zirə" - "Osiyek" (Xorvatiya) (İlk görüş - 1:1)
Baş hakim: Xulian Veynberqer (Avstriya).
Mərdəkan, "Dalğa Arena".
20:30. "Sabah" - "Sent Patriks Atletik" (İrlandiya) (İlk görüş - 0:1)
Baş hakim: Marsel Birsan (Rumıniya).
Masazır, "Bank Respublika Arena".
Oxşar xəbərlər
UEFA Konfrans Liqası: Azərbaycan klubları bu gün cavab matçlarını keçirəcək
UEFA Konfrans Liqası: "Sabah" və "Zirə" III təsnifat mərhələsində ilk matçlarına çıxacaq
UEFA Konfrans Liqası: "Sabah" və "Zirə"nin oyunlarının başlama saatları açıqlanıb
Konfrans Liqası: "Sabah" - "Sent Patriks Atletik" matçına indiyədək 4500 bilet satılıb
UEFA Konfrans Liqası: "Sent Patriks Atletik" - "Sabah" görüşü başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













