"Qarabağ" - "Dinamo" oyununun başlama saatı bilindi
sizinxeber.az xəbər saytı

"Qarabağ" - "Dinamo" oyununun başlama saatı bilindi




"Qarabağ"ın Bakıda Xorvatiyanın "Dinamo" komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun başlama saatı dəqiqləşib.

BAKU.WS xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:45-də start götürəcək.

Xorvatiyadakı ilk görüş isə avqustun 20-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan çempionu III təsnifat mərhələsində Bolqarıstan təmsilçisi "Ludoqorets"i mübarizədən kənarlaşdırıb. Bakıda rəqibinə 1:2 hesabı ilə uduzan "köhlən atlar" səfərdəki matçın əsas vaxtında 3:2 hesabı ilə qalib gəlib. Əlavə vaxtda rəqibinə dörd qol vuran "Qarabağ" 7:2 hesablı qələbəyə sevinib.

BAKU.WS

Oxşar xəbərlər

"Qarabağ" - "Dinamo" oyununun başlama saatı dəqiqləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çempionlar Liqası: "Qarabağ"ın "Ludoqorets"lə oyunlarının vaxtı dəqiqləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bilindi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çempionlar Liqası: "Qarabağ" "Ludoqorets"ə 7 qol vuraraq pley-off-a vəsiqə qazandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çempionlar Liqası: "Qarabağ"ın bugünkü oyununa 28 mindən çox bilet satılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər