sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Çempionlar Liqası: "Qarabağ"ın "Ludoqorets"lə oyunlarının vaxtı dəqiqləşib
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın "Ludoqorets" klubu ilə oyunlarının vaxtı dəqiqləşib.
"Report" "köhlən atlar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionundakı ilk matç saat 20:00-da start götürəcək.
Səfərdəki cavab görüşü avqustun 13-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan çempionu əvvəlki raundda Cəbəllütariqin "Linkoln" komandasını, rəqib isə Belarusun "Dinamo" (Minsk) kollektivini mübarizədən kənarlaşdırıb.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Qarabağ"ın III təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq
UEFA Çempionlar Liqası: "Qarabağ" ilk matçına bu gün Cəbəllütariqdə çıxacaq
UEFA Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" görüşündə hesab açılıb - YENİLƏNİB
Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" cütünün qalibinin potensial rəqibi bu gün müəyyənləşəcək
Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda cavab matçına çıxacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













