Paris-2024: Azərbaycan güləşçisinin bürünc medal uğrundakı rəqibi müəyyənləşib - YENİLƏNİB
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedovun növbəti rəqibi müəyyənləşib.
"Report"un məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan idmançı bürünc medal uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçelidze ilə üz-üzə gələcək.
Bürünc medal uğrunda qarşılaşmalar bu gün Bakı vaxtı ilə saat 14:35-də başlayacaq.
Qeyd edək ki, Paris-2024 bu gün başa çatacaq.
***09:11
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının sonuncu günündə Azərbaycanın bir təmsilçisi mübarizə aparacaq.
Sərbəst güləşçimiz Maqomedxan Maqomedov bürünc medal uğrunda yarışacaq.
Onun rəqibi təsəlliverici qarşılaşmalardan sonra müəyyənləşəcək. Güləş yarışları saat 13:00-da start götürəcək.
Qeyd edək ki, Paris-2024-ün bağlanış mərasimi bu gün keçiriləcək. Yarışlarda indiyədək idmançılarımız Azərbaycanın aktivinə 6 medal yazdırmağı bacarıb. Cüdoçulardan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıb.
Oxşar xəbərlər
Paris-2024: Sonuncu gündə 7-ci medal ümidi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan güləşçisinin bürünc medal uğrunda üz-üzə gələcəyi rəqib müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın sərbəst güləşçisi bürünc medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan taekvondoçusu mübarizəyə başlayır, güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın iki sərbəst güləşçisi mübarizəyə başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












