Azərbaycan boksçusu: Bu gün mənim günüm deyildi - FOTO
Bu gün mənim günüm deyildi.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan bokçusu Alfonso Dominqes Paris-2024-də keçirdiyi final matçından sonra jurnalistlərə açıqlamasında deyib.
İdmançı gümüş medal qazanmasını belə dəyərləndirib:
"İstədiyim kimi alınmadığı üçün qızıl medal qazana bilmədim. Rəqib də çox güclü idi və daha yaxşı motivasiya olmuşdu. Heyif ki, düşündüklərimi rinqdə həyata keçirə bilmədim.
Döyüşdən əvvəl rəqibimi analiz etmişdim, lakin qurduğum taktika effekt vermədi. Elə idmançıyam ki, öz məğlubiyyətimi qəbul edirəm və heç bir bəhanə axtarmıram. Alınmadı, buna baxmayaraq yaxşı nəticə göstərdim, gümüş medal qazandım və tarix yazdım. Azərbaycan tarixində ardıcıl medal qazanan ilk boksçu oldum.
Fəxr edirəm ki, gümüş medal qazandım. Əlbəttə, bütün idmançılar kimi qızıl qazanmaq istəyərdim. Söz verirəm ki, bir gün qızıl medal da olacaq. Bu gün qismətimdə gümüş medal var idi".
Qeyd edək ki, boksçu finalda özbəkistanlı Lazizbek Mullojonova məğlub olub. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Oxşar xəbərlər
Azərbaycan boksçusu: Bu gün mənim günüm deyildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan medal sıralamasında 23-cü sırada yer alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pillədə qərarlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan medal sıralamasında 22-ci pillədə qərarlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan medal sıralamasında 22-ci pilləyə yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












