Əvəzedici heyətlə ilk oyunlarına çıxıb, qol vurdular
sizinxeber.az xəbər saytı

Əvəzedici heyətlə ilk oyunlarına çıxıb, qol vurdular


“Qarabağ”ın əsas heyətindən uzaqlaşdırılan Elvin Cəfərquliyev və Abbas Hüseynov əvəzedici heyətlə ilk oyunlarına çıxıblar.

Axar.az xəbər verir ki, futbolçular bu gün əvəzedicilər liqasının 24-cü turunda “Zirə” ilə görüşdə oynayıblar.

Start heyətdə meydana çıxan hər iki futbolçu qol vurub. Abbas 49, Elvin isə 73-cü dəqiqədə fərqlənib. Cəfərquliyev penaltidən rəqib qapısına yol tapıb. Oyun “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduğu üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıb.

Oxşar xəbərlər

Elvin Cəfərquliyev bu kluba keçir
“Qarabağ”ın müdafiəçisi 100-cü çempionat matçına çıxıb
"Qarabağ" - "Malmö": Start heyətlər açıqlanıb
UEFA Avropa Liqası: "Qarabağ" və "Malmö" komandalarının start heyətləri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər