Elvin Cəfərquliyev bu kluba keçir
"Qarabağ"da intizam qaydalarını pozduğuna görə, klubun əvəzedici heyətinə göndərilən müdafiəçi Elvin Cəfərquliyevlə bağlı yeni məlumat yayılıb.
Axar.az Modern.az-a istinadən yazır ki, sosial şəbəkələrdə yayılan iddialara görə, Elvin Cəfərquliyev "Neftçi" klubuna keçə bilər.
Məlumata görə, mövsümün sonunda "Qarabağ"la müqaviləsi bitən Cəfərquliyev "Neftçi" ilə 670.000 manat qarşılığında razılıq əldə edib.
İddialara görə, əslində "Qarabağ"da Elvin Cəfərquliyevə qarşı təzyiq bu səbəbdən başlayıb. Onun müqailəsi başa çatandan sonra azad oyunçu kimi "Neftçi"yə keçmək istəməsi hazırkı klubunda xoş qarşılanmayıb.
"Başqa sözlə, "səni biz yetişdirmişik, necə yəni pulsuz gedirsən?" deyərək müqaviləni uzatmasını istəyirlər ki, sonradan Cəfərquliyevi sata bilsinlər", - deyə iddiada qeyd olunur.
Hələ ki nə "Qarabağ", nə də Elvin Cəfərquliyevin özü bu iddiaya aydınlıq gətirib.
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" "Ayaks"a uduzub
"Neftçi" yeni futbolçu transfer edib
"Neftçi"dən "Qarabağ" oyunu ilə bağlı: Qarşısı alınacaq!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
