Avropa nəhəngləri Barış Yılmazı ələ keçirmək uğrunda mübarizə aparır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
iy
2024
16:40
0
0
1 100

Avropa nəhəngləri Barış Yılmazı ələ keçirmək uğrunda mübarizə aparır

22 iy, 2024
16:40
1 100

Avropa nəhəngləri Barış Yılmazı ələ keçirmək uğrunda mübarizə aparır



"Liverpul" AVRO-2024-də Milli Komanda forması ilə çıxışı və "Qalatasaray"ın çempionluğu ilə Avropa klublarını özünə cəlb edən Barış Alper Yılmaz üçün rekord transfer təklifinə hazırlaşırlar. "Qalatasaray"da bir çox vəzifələrdə qazandığı uğurlu mövsümdən sonra Avropa nəhənglərinin radarına düşən Barış Alper Yılmaz AVRO-2024-də dəyərini artırıb.

Sizinxeber.az xəbər verir ki, Barış Alper Yılmaz AVRO-2024-dən sonra dəyərini 3 milyon avro artıraraq, bazar dəyərini 20 milyon avroya çatdırıb.

Adı “Aston Villa”, “Vest Hem Yunayted”, “Brighton” və “Borussiya Dortmund”la da hallanan Barış Alper Yılmazla maraqlanan klublardan biri olan “Liverpul” milli futbolçuya Super Liqa rekordunu qıracaq təkliflə çıxış edəcək.

 İngiltərə nəhənginin 24 yaşlı ulduz futbolçunu heyətinə qatmaq üçün 30 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Digər tərəfdən, Barış Alper Yılmazın AVRO-2024-dən sonra Londona getməsi "Liverpul" iddialarını gücləndirib. Ulduz futbolçu sosial media hesabında Londonda olduğunu göstərən paylaşımlar edib.

Qeyd edək ki, 2023/24 mövsümündə "Qalatasaray"la 55 matça çıxan Barış Alper Yılmaz 7 dəfə rəqib qapısına yol tapa bilib. 24 yaşlı cinah oyunçusu 12 dəfə komanda yoldaşlarına qol ötürməsi edib. 

Sizinxeber.az

Bizimlə əlaqə saxlayın