Çempionlar Liqası: "Qarabağ" "Linkoln"un qapısından dördüncü qolu keçirib - CANLI - YENİLƏNİB
Azərbaycan çempionu dördüncü dəfə topu rəqib qapısından keçirib. - 4:0.
"Köhlən atlar"ın heyətində 66-cı dəqiqədə Yassin Benzia fərqlənib.
***20:44
Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" klubları arasında keçirilən matçda üçüncü qol vurulub.
Olavio Juninyo özünün və komandasının üçüncü qoluna imza atıb.
Braziliyalı forvard 44-cü dəqiqədə fərqlənib.
***20:31
Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" klubları arasında keçirilən matçda ikinci qol vurulub.
Azərbaycan çempionunun heyətində Olavio Juninyo özünün və komandasının ikinci qoluna imza atıb.
Braziliyalı forvard 31-ci dəqiqədə dubl edib.
***20:22
Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında hesab açılıb.
Azərbaycan çempionunun heyətində 17-ci dəqiqədə Olavio Juninyo fərqlənib.
Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:0.
***20:04
"Qarabağ" və Cəbəllütariqin “Linkoln” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.
Matçın baş hakimi danimarkalı Yakob Sandberqdir.
***19:29
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün baş tutacaq “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) matçının start heyətləri açıqlanıb.
Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov ilk oyundakı start heyətinə şans verib.
Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək matç saat 20:00-da başlayacaq.
Komandalar aşağıdakı heyətlə çıxacaqlar:
Qarabağ: Fabian Buntiç, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Toral Bayramov, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo
Linkoln: Santana, İbrahim Ayyu, Bernardo Lopes, Munyos, Sergent, Nano, Yahaya, Torrilla, Valarino, Pedro Martin, Britto.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Qarabağ" "Linkoln"un qapısından dördüncü qolu keçirib - YENİLƏNİB -6
UEFA Çempionlar Liqası: "Qarabağ" ilk hissədə rəqibin qapısından üç cavabsız qol keçirib - YENİLƏNİB - 4
Çempionlar Liqası: Juninyo 3-cü qolunu vurdu - CANLI - YENİLƏNİB
"Qarabağ" - "Linkoln" görüşündə ikinci qol vuruldu - CANLI - YENİLƏNİB
UEFA Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" görüşündə hesab açılıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












