
"Qarabağ" - "Linkoln" görüşündə ikinci qol vuruldu - CANLI - YENİLƏNİB

"Qarabağ" - "Linkoln" görüşündə ikinci qol vuruldu - CANLI - YENİLƏNİB
Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" klubları arasında keçirilən matçda ikinci qol vurulub.
Azərbaycan çempionunun heyətində Olavio Juninyo özünün və komandasının ikinci qoluna imza atıb.
Braziliyalı forvard 31-ci dəqiqədə dubl edib.
***20:22
Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında hesab açılıb.
Azərbaycan çempionunun heyətində 17-ci dəqiqədə Olavio Juninyo fərqlənib.
Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:0.
***20:04
"Qarabağ" və Cəbəllütariqin “Linkoln” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.
Matçın baş hakimi danimarkalı Yakob Sandberqdir.
***19:29
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün baş tutacaq “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) matçının start heyətləri açıqlanıb.
Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov ilk oyundakı start heyətinə şans verib.
Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək matç saat 20:00-da başlayacaq.
Komandalar aşağıdakı heyətlə çıxacaqlar:
Qarabağ: Fabian Buntiç, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Toral Bayramov, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo
Linkoln: Santana, İbrahim Ayyu, Bernardo Lopes, Munyos, Sergent, Nano, Yahaya, Torrilla, Valarino, Pedro Martin, Britto.