Çempionlar Liqası: Juninyo 3-cü qolunu vurdu - CANLI - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Çempionlar Liqası: Juninyo 3-cü qolunu vurdu - CANLI - YENİLƏNİB




Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" klubları arasında keçirilən matçda üçüncü qol vurulub.

Olavio Juninyo özünün və komandasının üçüncü qoluna imza atıb.

Braziliyalı forvard 44-cü dəqiqədə fərqlənib.

***20:31

Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" klubları arasında keçirilən matçda ikinci qol vurulub.

Azərbaycan çempionunun heyətində Olavio Juninyo özünün və komandasının ikinci qoluna imza atıb.

Braziliyalı forvard 31-ci dəqiqədə dubl edib.

***20:22

Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında hesab açılıb.

Azərbaycan çempionunun heyətində 17-ci dəqiqədə Olavio Juninyo fərqlənib.

Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:0.

***20:04

"Qarabağ" və Cəbəllütariqin “Linkoln” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.

Matçın baş hakimi danimarkalı Yakob Sandberqdir.

***19:29

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün baş tutacaq “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) matçının start heyətləri açıqlanıb.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov ilk oyundakı start heyətinə şans verib.

Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək matç saat 20:00-da başlayacaq.

Komandalar aşağıdakı heyətlə çıxacaqlar:

Qarabağ: Fabian Buntiç, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Toral Bayramov, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo

Linkoln: Santana, İbrahim Ayyu, Bernardo Lopes, Munyos, Sergent, Nano, Yahaya, Torrilla, Valarino, Pedro Martin, Britto.

Sizinxeber.az

Oxşar xəbərlər

UEFA Çempionlar Liqası: "Qarabağ" ilk hissədə rəqibin qapısından üç cavabsız qol keçirib - YENİLƏNİB - 4 [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ" - "Linkoln" görüşündə ikinci qol vuruldu - CANLI - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" görüşündə hesab açılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başlayıb - YENİLƏNİB - 4 [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Çempionlar Liqası: "Linkoln" - "Qarabağ" matçında ikinci hissə başlayıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər