sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Paris-2024: Azərbaycan idmançısı dünya rekordçusu ilə mübarizədə
Azərbaycan üzgüçüsü Ramil Vəlizadənin Paris-2024 Yay Olimpiya Oyunlarındakı rəqibləri bəlli olub.
Sizinxeber.az İdman.biz-ə istinadən xəbər verir ki, 200 m məsafəyə batterflyay üsulu ilə üzəcək idmançımız təsnifat mərhələsində 1-ci qrupda yer alıb.
“Paris La Defense Arena”da təşkil olunacaq mərhələ iyulun 30-da keçiriləcək. Mübarizəyə Bakı vaxtı ilə 13:00-da start veriləcək. Vəlizadənin yer aldığı 1-ci qrup da həmin vaxt sürətini yoxlayacaq.
Dörd üzgüçünün yer aldığı qrupda Ramilin rəqibləri Matin Balsini (Qaçqınların Olimpiya Komandası), Petar Petrov Mitsin (Bolqarıstan) və Gerald Ernandes (Nikaraqua) olacaq. Ramil 5-ci zolaqda üzəcək.
Amma onun rəqibləri təkcə bu üç idmançı deyil. Digər üç qrupun hərəsində 8 üzgüçü çıxış edəcək. 28 iştirakçı arasında ən yaxşı nəticəyə malik 16 idmançı yarımfinala adlayacaq.
Qeyd edək ki, batterflyayla 200 m məsafəyə üzməkdə favorit olan Kşiştof Milak 3-cü qrupda 4-cü zolaqda çıxış edəcək. Bu məsafədə olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu olan 24 yaşlı macar həm planetin, həm də qitənin rekordçusudur.
Sizinxeber.az
Oxşar xəbərlər
Paris-2024: Azərbaycanın beş idmançısı mübarizəyə başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Paris olimpiadasının açılış mərasimi keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın üç idmançısı mübarizəyə başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yamaykalı idmançı internet probleminə görə Paris-2024-dən kənarda qalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan boksçularının Paris-2024-də rəqibləri müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












