"Qarabağ"ın baş məşqçisi: Yarımmüdafiə və hücum xəttinə yeni futbolçular transfer etmək istəyirik
sizinxeber.az xəbər saytı

"Qarabağ"ın baş məşqçisi: Yarımmüdafiə və hücum xəttinə yeni futbolçular transfer etmək istəyirik




Yarımmüdafiə və hücum xəttinə yeni futbolçular transfer etmək istəyirik.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Linkoln"la (Cəbəllütariq) oyun öncəsi mətbuat konfransında deyib.
 
Təcrübəli mütəxəssis qarşıdakı müddətdə komandaya yeni oyunçuların cəlb oluna biləcəyini bildirib:
 
"Əlimizdə olan heyətlə bütün oyunlara hazır olmalıyıq. Bununla belə, baş məşqçi olaraq istərdim ki, heyətə bir neçə futbolçu daha cəlb edim. Çünki mövsümün gedişində zədəli oyunçular ola bilər. Yarımmüdafiə və hücum xəttinə yeni futbolçular transfer etmək istəyirik".
 
Qeyd edək ki, "Qarabağ" - "Linkoln" görüşü iyulun 30-u, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında Cəbəllütariqdə baş tutan ilk matç Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
BAKU.WS

Oxşar xəbərlər

"Qarabağ"ın baş məşqçisi: Yarımmüdafiə və hücum xəttinə yeni futbolçular transfer etmək istəyirik
Qurban Qurbanov: "Linkoln"la matçın mahiyyəti bizim üçün önəmlidir
UEFA Çempionlar Liqası: "Qarabağ" ilk matçına bu gün Cəbəllütariqdə çıxacaq
Qurban Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle