"DAK 1904"ün baş məşqçisi: "Zirə" bu gün çox sürətli və istəkli idi
sizinxeber.az xəbər saytı

"DAK 1904"ün baş məşqçisi: "Zirə" bu gün çox sürətli və istəkli idi


"Zirə" bu gün çox sürətli və istəkli idi.

"Report" xəbər verir ki, bunu "DAK 1904”ün (Slovakiya) baş məşqçisi Xisko Munoz UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"ylə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis 0:4 hesablı məğlubiyyəti şərh edib:

"Oyunun bu hesabla bitməsi mənim səhvimdir. Yəqin ki, futboçlularıma öz fikirlərimi yetəri qədər çatdıra bilməmişəm. Öz azarkeşlərimizdən üzr istəyirəm. Rəqib bu gün çox sürətli və istəkli idi. Mən pozitiv insanam. Bu məğlubiyyət bizə nəyisə öyrətdi. Çalışacağıq ki, qarşıdakı matçlarda buraxdığımız səhvləri təkrarlamayaq. Bunun üçün təhlillər aparmaq lazımdır".

Qeyd edək ki, " DAK 1904" və "Zirə" komandaları arasında cavab görüşü 1 həftə sonra Slovakiyada baş tutacaq.

Oxşar xəbərlər

"DAK 1904" klubunun baş məşqçisi: "Zirə"nin səviyyəli rəqib olduğunu bilirik
“Zirə” - “DAK 1904” oyunundan əvvəl baş tutacaq mətbuat konfranslarının vaxtı müəyyənləşib
Rəşad Sadıqov: "DAK 1904" növbəti matçda amansız mübarizə aparacaq
UEFA Konfrans Liqası: "Zirə" - "DAK 1904" görüşü start götürüb
Rəşad Sadıqov: Yaxşı komandaya qarşı mübarizə aparacağıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər