"DAK 1904" klubunun baş məşqçisi: "Zirə"nin səviyyəli rəqib olduğunu bilirik
sizinxeber.az xəbər saytı

"DAK 1904" klubunun baş məşqçisi: "Zirə"nin səviyyəli rəqib olduğunu bilirik


"Zirə"nin səviyyəli rəqib olduğunu bilirik.

"Report" xəbər verir ki, bunu "DAK 1904”ün (Slovakiya) baş məşqçisi Xisko Munoz UEFA Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Zirə"ylə oyun öncəsi mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis ilk matçda qalib gəlmək istədiklərini bildirib:

"Zirə"nin səviyyəli rəqib olduğunu bilirik. Əvvəlki matçlarını izləmişik. Çalışacağıq ki, öz oyun üslubumuzu göstərək. Bakıdan sərfəli nəticə ilə dönmək istəyirik".

X.Munoz Bakıda məşqə çıxmamaqlarının səbəblərindən danışıb:

"Dalğa Arena"da məşqə çıxmalı idik. Lakin qrafikimizdə müəyyən dəyişiklik oldu. Bu səbəbdən oyun öncəsi son məşqimizi öz meydanımızda keçirdik.

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində baş tutacaq "Zirə" - "DAK 1904" görüşü iyulun 25-də, saat 20:30-da “Dalğa Arena”da start götürəcək.

Oxşar xəbərlər

Rəşad Sadıqov: Yaxşı komandaya qarşı mübarizə aparacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Zirə"nin Konfrans Liqasındakı rəqibi "Dalğa Arena"da məşqə çıxmaqdan imtina edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"DAK 1904" klubunun futbolçusu: Sabah "Zirə"nin müdafiəsindəki boşluqları tapacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Zirə” - “DAK 1904” oyunundan əvvəl baş tutacaq mətbuat konfranslarının vaxtı müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Zirə"nin baş məşqçisi: Salifu Suma öz karyerasını təhlükə altına qoydu [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər