Argentina Futbol Assosiasiyası Olimpiadadakı oyundan sonra FİFA-ya şikayət edib
sizinxeber.az xəbər saytı

Argentina Futbol Assosiasiyası Olimpiadadakı oyundan sonra FİFA-ya şikayət edib


Argentina Futbol Federasiyası (AFA) Paris Olimpiya Oyunlarının qrup mərhələsinin birinci turu çərçivəsində Argentina və Mərakeş komandaları arasındakı oyundan sonra FİFA intizam komitəsinə şikayət edib.

"Report" xəbər verir ki, bu barədə AFA-nın mətbuat xidməti məlumat yayıb.

AFA oyun iştirakçılarının təhlükəsizliyi üçün tədbirlərin görülməsini tələb edib.

Komandalar arasında görüş ikinci hissənin əsas vaxtının 16-cı dəqiqəsində 2:2 hesabı ilə yarımçıq kəsilib. Argentinanın ikinci qolundan sonra Mərakeş millisinin azarkeşləri meydançaya qaçaraq argentinalı futbolçuların üzərinə fişəng atıblar. İki saat sonra matç boş tribunalar önündə başa çatıb və argentinalıların ikinci qolu ofsayd səbəbindən ləğv edilib. Mərakeş yığması 2:1 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

Braziliya millisi Argentinaya uduzaraq Paris Olimpiadasına vəsiqə qazana bilməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Argentinanın futbol millisi beynəlxalq oyunlardan kənarlaşdırıla bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisi FIFA reytinqində irəliləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: İspaniya Özbəkistana qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İngiltərə Premyer Liqası: “Arsenal” 5 cavabsız qol vurub, “Tottenhem” uduzub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər