Rəcəb Fərəczadə: "Dünya çempionatında Azərbaycan yığmasının yarımfinaladək rahat şəkildə irəliləyəcəyini gözləyirik" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
may
2025
17:00

Rəcəb Fərəczadə: "Dünya çempionatında Azərbaycan yığmasının yarımfinaladək rahat şəkildə irəliləyəcəyini gözləyirik"

21 may, 2025
17:00
777

Rəcəb Fərəczadə: "Dünya çempionatında Azərbaycan yığmasının yarımfinaladək rahat şəkildə irəliləyəcəyini gözləyirik"

Rəcəb Fərəczadə Azərbaycan millisinin Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında yarımfinala qədər rahat şəkildə irəliləyəcəyini düşünür.

O, bunu “Sizinxeber.az”a açıqlamasında bildirib.

Hazırda Azərbaycanın minifutbol üzrə U-23 yığmasında çalışan mütəxəssis komandanın mundiala çox yaxşı hazırlaşdığını söyləyib:

“Hətta bununla bağlı Azərbaycan çempionatını mart ayında bitirmişdik. Millimiz təlim-məşq toplanışı və yoldaşlıq görüşləri keçirib. Düşünürəm ki, komanda tam hazırdı. Heyət “Birbaşa Bakı” və “Zirə” klublarının üzvlərindən təşkil olunub. “Birbaşa Bakı” Çempionlar Liqasının son qalibidir. “Zirə” də yaxşı komandadır. Düşünürəm ki, Azərbaycan yığması yarımfinala qədər rahat şəkildə irəliləyə bilər. Komandadan ən azı bunu gözləyirik”.

R.Fərəczadə dünya çempionatında hansı yığmaları favorit görməsi ilə bağlı sualı da cavablandırıb:

“Azərbaycan millisindən başqa, Rumıniya yığması da daim favorit qismində çıxış edib. Çexiya, Slovakiya, Serbiya da yaxşı komandalardır. Ümumiyyətlə, adlarını çəkdiyim kollektivlər həmişə iddialı olublar. Digərlərinin oyunlarını isə görməmişəm. Türkiyənin də çox döyüşkən komandasının olduğunu deyirlər”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı iyunun 1-də başa çatacaq. A qrupunda yer alan Azərbaycan millisi bu gün, saat 20:30-da Bəhreyni sınağa çəkəcək.

Bizimlə əlaqə saxlayın