sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ölkələrin UEFA reytinqində Azərbaycanın yeri dəyişməyib
Ölkələrin UEFA reytinqində dəyişikliklər olub.
Apasport.az xəbər verir ki, buna avrokubokların II təsnifat mərhələsinin ilk oyunlarının birinci gününün nəticələri səbəb olub.
Çempionlar Liqası və Konfrans Liqasında baş tutan matçlar Azərbaycanın mövqeyinə təsir etməyib. "Qarabağ"ın "Linkoln"a 2:0 hesabı ilə qalib gəlməklə ölkə reytinqinə 0,250 xal gətirib. Azərbaycanın xal hesabı 17,250-yə yüksəlsə də, mövqe dəyişməz qalıb.
Ölkəmiz Avropada 25-ci pillədə qərarlaşıb. Norveç Danimarkanı, Avstriya İsveçrəni, Macarıstan Rusiyanı, İsveç Rumıniyanı, Kosovo İrlandiyanı keçib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 89,160 xal.
Oxşar xəbərlər
“Qarabağ”-“Linkoln” oyununun hakimləri dəyişdirilib
Çempionlar Liqası: "Qarabağ" Cəbəllütariqin "Linkoln" komandasını məğlub edib
Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçilib - YENİLƏNİR
Rişi Sunak: Putinin qalib gəlməsinə imkan verməyəcəyik
Altıqat Fransa çempionu "Bordo" üçüncü diviziona göndərilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













