"Real"ın sabiq qapıçısı karyerasını başa vurub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
dek
2023
19:10

"Real"ın sabiq qapıçısı karyerasını başa vurub

28 dek, 2023
19:10
1 102

"Real"ın sabiq qapıçısı karyerasını başa vurub

İspaniyanın "Real" klubunun sabiq qapıçısı Dieqo Lopes karyerasını başa vurub.

"Sizinxeber.az" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, təcrübəli qolkiper 42 yaşında futbolla vidalaşmaq qərarına gəlib.

Yayda "Rayo Valyekano"dan ayrılan oyunçu daha sonra klubsuz qalıb.

Qeyd edək ki, Dieqo Lopes İspaniyada "Vilyarreal", "Sevilya", "Espanyol", İtaliyada "Milan" kimi klubların formasını geyinib. O, 2009-cu ildə Konfederasiyalar Kubokunda İspaniya yığmasının heyətində turnirin bürünc medalını qazanıb. 2013/2014 mövsümündə isə "Real"la Çempionlar Liqasının qalibi olub.

Bizimlə əlaqə saxlayın