PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək
sizinxeber.az xəbər saytı

PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək


Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək.

Bu barədə "Report"a açıqlamasında PFL-in Media və marketinq direktoru Sənan Abdullayev bildirib.

O, qurum rəhbərinin durumunun hazırda yaxşı qiymətləndirildiyini söyləyib:

"Elxan Səmədovun müalicəsi davam edir. Həftə ərzində bir neçə dəfə fizioterapiya keçir. Durumu yaxşıdır. Sadəcə, həkimlər prosesləri tələsdirməməyi, bir az da səbrli olmağı məsləhət görüblər. Bəli, may ayında əməliyyat olunmalı idi. Ancaq bir müddət də gözləməsi və bərpa prosesinə davam etməsi məqsədəuyğun sayılıb. Həkimlər əməliyyatın vaxtını müəyyənləşdirib məlumat verəcəklər”.

Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisədən sonra E.Səmədov bir neçə dəfə əməliyyat olunub.

Oxşar xəbərlər

Qəzaya düşən PFL prezidentinin müalicəsi ev şəraitində davam edəcək
PFL prezidenti Elxan Səmədov yaxın günlərdə əməliyyat olunacaq
PFL prezidenti sabah xəstəxanadan evə buraxılacaq
Peşəkar Futbol Liqasının prezidenti mayda Bakıda əməliyyat olunacaq
PFL prezidenti Elxan Səmədov müalicəsini Türkiyədə davam etdirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər