Azərbaycan millisinin Rusiya klubuna qarşı Bakıda keçirəcəyi 3 oyunun tarixi müəyyənləşib
Azərbaycanın çimərlik futbolu millisinin Rusiyanın “Krasnodar” klubu ilə keçirəcəyi yoldaşlıq görüşlərinin tarixləri bəlli olub.
Bu barədə “Report”a yığmanın baş məşqçisi Sahib Məmmədov məlumat verib.
Mütəxəssi Avropa çempionatının I seçmə mərhələsində iştirak etmək üçün İspaniyaya yollanmamışdan əvvəl Rusiya təmsilçisi ilə Bakıda üç oyun keçirəcəklərini söyləyib:
“Həftədə 5 gün məşqlərimiz olur. Rusiyanın “Krasnodar” klubu Bakıya gələcək. Bu komanda ilə mayın 12-si, 14-ü və 16-da yoldaşlıq görüşləri keçirməyi planlaşdırmışıq. Mayın 19-da isə Avropa çempionatının I seçmə mərhələsinin oyunlarında iştirak etmək üçün İspaniyaya yollanacağıq”.
Qeyd edək ki, milli Avropa çempionatının I seçmə mərhələsinin A qrupunda Litva, İngiltərə və Belçika ilə mübarizə aparacaq. Bu qrupun oyunları mayın 23-25-də İspaniyanın El Puerto de Santa Mariya şəhərində keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda "Krasnodar" klubu ilə yoldaşlıq matçı keçirəcək
Azərbaycan millisinin Avropa çempionatının I seçmə mərhələsindəki oyunlarının vaxtı açıqlanıb
Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib
Azərbaycan yığmasının baş məşqçisi: Dünya çempionatının seçmə mərhələsində qrupdan çıxacağımızı düşünürəm
Azərbaycan yığmasının baş məşqçisi: "Avropa çempionatının II seçmə mərhələsində yaxşı çıxış etməyə çalışacağıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
