"Qarabağ"ın sabiq qapıçısı: "İqor Akinfeyev Aleksandr Oveçkin qədər əfsanədir"
sizinxeber.az xəbər saytı

"Qarabağ"ın sabiq qapıçısı: "İqor Akinfeyev Aleksandr Oveçkin qədər əfsanədir"


İqor Akinfeyev Aleksandr Oveçkin qədər əfsanədir.

"Sizinxeber.az"un məlumatına görə, bunu Rusiyanın "Dinamo" klubunda çıxış edən "Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov deyib.

33 yaşlı qolkiper ÇSKA-dakı həmkarının karyerasında 900-cü matçına çıxması ilə bağlı fikirlərini bölüşüb. Lunyov özünün belə şansının olmadığını etiraf edib:

"İqor Akinfeyev Aleksandr Oveçkin qədər əfsanədir, lakin Rusiyada çıxış edir".

Qeyd edək ki, Aleksandr Oveçkin ötən gün Milli Hokkey Liqasında (NHL) 895-ci qolunu vuraraq əfsanəvi Ueyn Qretskinin rekordunu qırıb. İqor Akinfeyev isə ÇSKA-da 789, Rusiya yığmasında 111 görüşdə meydana çıxıb.

Oxşar xəbərlər

Milli Hokkey Liqasında yeni rekord qeydə alınıb
Rusiyalı xokkeyçi Aleksandr Oveçkin 895 qolla dünya rekordunu təzələyib
Rusiyalı hokkeyçi NHL rekordunu təkrarlayıb
"Qarabağ"ın sabiq qapıçısı "Bayer 04" ilə oyunları 2024-cü ilin ən yaddaqalan hadisəsi adlandırıb
Çexiya yığmasının sabiq qapıçısı hokkey komandasına qoşulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər