AVRO-2024: Bu gün 1/8 final mərhələsinin oyunları start götürür
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün 1/8 final oyunlarına start veriləcək.
"Report"un məlumatına görə, günün ilk matçında İsveçrə və İtaliya yığmaları üz-üzə gələcək.
Berlindəki Olimpiya stadionunda keçiriləcək oyunda A və B qrupunun ikinciləri münasibətlərinə aydınlıq gətirəcək.
Növbəti görüş isə Almaniya və Danimarka seçmələri arasında baş tutacaq.
Meydan sahibləri A qrupunun birincisi, danimarkalılar isə C qrupunun ikincisidir.
AVRO-2024
1/8 final
29 iyun
20:00. İsveçrə - İtaliya
Baş hakim: Şimon Marçinyak (Polşa).
Berlin, Olimpiya stadionu.
23:00. Almaniya - Danimarka
Baş hakim: Maykl Oliver (İngiltərə).
Dortmund, "Siqnal İduna Park" stadionu.
Oxşar xəbərlər
AVRO-2024: Qrup mərhələsində III tur başlayır
Çempionlar Liqası: bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq
AVRO-2024: Türkiyə və Çexiya böyük turnirlərdə üçüncü dəfə üz-üzə gələcək
Çempionlar Liqası: “Qalatasaray” bu gün “Bavariya”nı qəbul edəcək - AFİŞA
AVRO-2024: Polşa millisinin ilkin heyəti açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













