AVRO-2024: Türkiyə və Çexiya böyük turnirlərdə üçüncü dəfə üz-üzə gələcək
Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunun III turunda üz-üzə gələcək Çexiya və Türkiyə milliləri daha əvvəl böyük turnirlərdə (dünya və Avropa çempionatları) iki dəfə qarşılaşıblar.
"Sizinxeber.az"un məlumatına görə, əvvəlki iki görüş qitəmiqyaslı yarışlara təsadüf edib.
"Ay-ulduzlular" AVRO-2008-də 3:2, AVRO-2016-da 2:0 hesablı qələbəyə sevinib.
F qrupunun digər görüşündə Portuqaliya Gürcüstanı sınağa çəkəcək. Tərəflər böyük turnirlərdə ilk dəfə rəqib olacaqlar.
E qrupunda yer alan Slovakiya Rumıniya ilə, Ukrayna isə Belçika ilə ilk dəfə Avropa və dünya çempionatlarında münasibətlərə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, E qrupunun matçları Bakı vaxtı ilə saat 20:00-da, F qrupunun oyunları isə 23:00-da başlayacaq.
Oxşar xəbərlər
AVRO-2024: Gürcüstan - Çexiya oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB - 4
AVRO-2024: Türkiyə - Portuqaliya oyununda ikinci hissə başlayıb - YENİLƏNİB - 4
AVRO-2024: Qrup mərhələsində III tur başlayır
AVRO-2024: Gürcüstan - Çexiya oyununda ikinci hissə başlayıb - YENİLƏNİB - 2
Çempionlar Liqası: “Qalatasaray” bu gün “Bavariya”nı qəbul edəcək - AFİŞA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













