Kaxaber Tsxadadze: Gürcüstan komandasının hücum potensialı Türkiyə yığmasından daha güclüdür
sizinxeber.az xəbər saytı

Kaxaber Tsxadadze: Gürcüstan komandasının hücum potensialı Türkiyə yığmasından daha güclüdür


Gürcüstan komandası həyəcanla başlamamlıdır. Komandanın hücum potensialı Türkiyə yığmasından daha güclüdür.

Bunu “Sizinxeber.az”a açıqlamasında, “Qəbələ” klubunun baş məşqçisi Kaxaber Tsxadadze Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində baş tutacaq Türkiyə - Gürcüstan matçı haqda fikirlərini bildirərkən deyib.

Gürcü mütəxəssis Türkiyə komandasının daha təcrübəli olduğunu söyləyib: “Mənim üçün favorit yoxdur. Çünki həm Gürcüstan, həm də Türkiyə komandasının üstünlükləri var. Türkiyənin üstünlüyü odur ki, belə yarışlarda çox təcrübəlidir. Amma gürcüstan millisi debüt edəcək. Oyunun necə başlaması vacibdir. Türkiyənin İtaliya ilə oyununa baxmışdım. İtalyan baş məşqçi gəldikdən sonra müdafiədə diqqətli və yaxşı oyun nümayiş etdirdiklərini görürəm. Hələ ki, nəsə demək çətindir. Nəticə olaraq deyə bilərəm ki, şanslar bərabərdir”.

Qeyd edək ki, F qrupunda mübarizə aparan Türkiyə və Gürcüstan milliləri arasında görüşün start fiti saat 20:00-da səsləndiriləcək.

Oxşar xəbərlər

Azərbaycan millisinin baş məşqçisi: Qrupda ilk pillələrdə qərarlaşmağa çalışacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşdü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisinin baş məşqçisi Türkiyə klubundan ayrılmasının səbəbini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan Avropa ölkələrinə ilbiz ixracını artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: Komanda çox güc sərf etdi, sonunda istədiyinə nail oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər