Region Liqasının qrup və 1/8 final mərhələsində ev-səfər prinsipi olmayacaq
sizinxeber.az xəbər saytı

Region Liqasının qrup və 1/8 final mərhələsində ev-səfər prinsipi olmayacaq


AFFA Region Liqasının qrup və 1/8 final mərhələsində ev-səfər prinsipi olmayacaq.

Bu barədə "Sizinxeber.az"a açıqlamasında milli assosiasiyanın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov bildirib.

O, turnirdə 54 komandanın çıxış edəcəyini xatırladıb:

"Onların II Liqaya can atdıqlarını gördüyümüz üçün yarışdan gözləntilərimiz yüksəkdir. Qalib peşəkar liqaya vəsiqə əldə edəcək. Digəri isə pley-off vasitəsi ilə bu hüquqa yiyələnə bilər".

E.Cəfərov Region Liqasının üç ay ərzində keçirilməsinə də münasibət bildirib:

"Matçlar hər qrupda bir dövrədən ibarət olacaq. Yəni ev-səfər prinsipi ilə keçirilməyəcək. 1/8 finalda da bir matç nəzərdə tutulur. 1/4 final və yarımfinal isə artıq ev-səfər prinsipi ilə gerçəkləşəcək".

AFFA rəsmisi regionlarda futbola marağın artması və insanların bu idman növü ilə məşğul olması üçün yarışı təşkil etdiklərini diqqətə çatdırıb.

 Qeyd edək ki, Region Liqasında mövsümə mayın sonlarında yekun vurulacaq.

Oxşar xəbərlər

AFFA Region Liqasının startı fevralın 2-nə planlaşdırılıb - EKSKLÜZİV
AFFA-nın bayrağı altında keçirilən liqalarda 2024/2025 mövsümünün püşkü atılıb
AFFA rəsmisi UEFA Konfrans Liqasının oyununa təyinat alıb
"Xankəndi"nin baş məşqçisi: "Komandada əsasən futzalda və çimərlik futbolunda çıxış edənlər oynayır"
AFFA rəsmisi: "Ümid edirik ki, UEFA seçimində əvvəlki təcrübələrə də diqqət yetirəcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər