sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
AFFA Region Liqasının startı fevralın 2-nə planlaşdırılıb - EKSKLÜZİV
AFFA Region Liqasının startı fevralın 2-nə planlaşdırılıb.
Bu barədə “Sizinxeber.az”a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
Qurum rəsmisi yeni mövsümdə Region Liqasında 56 komandanın iştirakının nəzərdə tutulduğunu bildirib:
“Yarışı daha baxımlı və maraqlı etmək üçün bu dəfə formatda müəyyən dəyişikliklərin edilməsi qərara alındı. AFFA Region Liqasının startı fevralın 2-nə planlaşdırılır. Ümumilikdə 56 komandanın 4 - Paytaxt və Şimal, Şimal-Qərb və Qərb, Mərkəz, Cənub zonaları üzrə mübarizə aparması nəzərdə tutulur”.
Qeyd edək ki, ötən mövsüm Region Liqasının qalibi “Şimal” klubu olub.
Oxşar xəbərlər
AFFA "Beşiktaş" - "Makkabi" matçının Bakıda təşkil olunma ehtimalına münasibət bildirib
AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb
"Xankəndi" klubunun yeni baş məşqçisi türkiyəli mütəxəssis olacaq
AFFA rəsmisi UEFA Konfrans Liqasının oyununa təyinat alıb
AFFA “Araz-Naxçıvan”ı cərimələyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











