“Şamaxı” Azərbaycan çempionatlarında 850-ci qolunu vurub
sizinxeber.az xəbər saytı

“Şamaxı” Azərbaycan çempionatlarında 850-ci qolunu vurub


“Şamaxı” Azərbaycan çempionatlarında 850-ci qolunu vurub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXV turuna təsadüf edib.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə “Səbail”ə 2:0 hesabı ilə qalib gəlib.

Bu görüşdəki ilk qol bölgə təmsilçisi üçün yubiley xarakteri daşıyıb. 850-ci topun müəllifi Vasiliye Bakiç olub. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşıyan komanda 682-ci görüşdə bu göstəriciyə çatıb. Vurulan 851 qoldan 458-i evdə, 393-ü səfərdə qeydə alınıb.

Qeyd edək ki, “Şamaxı” bu göstəricidə yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır.

Oxşar xəbərlər

“Qarabağ” Azərbaycan çempionatlarında 900-cü ev qolunu vurub
"Səbail" Azərbaycan çempionatlarında 100-cü səfər qolunu vurub
“Səbail” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü qolunu vurub
“Sabah” Azərbaycan çempionatlarında 250-ci qolu vurub
“Neftçi” Azərbaycan çempionatları tarixində 650-ci səfər qolunu vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər