"Turan Tovuz" üzərində qələbə "Sabah" üçün əlamətdar olub
Misli Premyer Liqasının XXII turunda evdə “Turan Tovuz” üzərində 2:1 hesablı qələbə “Sabah” üçün ikiqat yubileylə əlamətdar olub.
"Sizinxeber.az" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt klubu çempionatda 80-ci qələbəsini qazanıb.
Bakı təmsilçisi Azərbaycan çempionatlarında 80 və daha çox görüşdə qalib gələn 17-ci komanda olub.
“Sabah” öz meydanında 40-cı dəfə üç xal qazanıb. Ən azı bu qədər qələbəsi olan 22-ci klub kimi tarixə düşən paytaxt təmsilçisi “Karvan”la MOİK-ə çatıb.
Qeyd edək ki, “Sabah” ilk qələbəsini 2018-ci il avqustun 12-də səfərdə “Keşlə” üzərində qazanıb, evdəki ilk uğur isə sentyabrın 16-da “Qəbələ” ilə matça təsadüf edib. Hər iki qarşılaşmada bir qol vurulub.
Oxşar xəbərlər
"Turan Tovuz" Premyer Liqada yubiley qələbəsini əldə edib
Premyer Liqa: “Turan Tovuz” səfərdə “Sabah”a məğlub olub
“Sabah” Azərbaycan çempionatlarında 250-ci qolu vurub
“Sumqayıt” Azərbaycan çempionatlarında 70-ci ev qələbəsini qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
