Valeri Karpin Rusiya Premyer Liqasında mart ayının ən yaxşı məşqçisi seçilib
"Rostov" klubunun çalışdırıcısı Valeri Karpin Rusiya Premyer Liqasında mart ayının ən yaxşı məşqçisi seçilib.
"Sizinxeber.az"un liqanın mətbuat xidmətinə istinadən məlumatına görə, namizədlər arasında Sergey Semak (“Zenit”), Martsel Lika (“Dinamo”), Serqey Taşuev (“Fakel”) və David Deoqrasiya (“Orenburq”) da olub.
Rusiya Premyer Liqası ekspertləri və şərhçilərinin hamısı Karpinə səs verib. O, azarkeşlərin səsverməsində 46 % səslə birinci olub.
"Rostov" martda “Krılia Sovetov”u (2:0), “Krasnodar”ı (2:1) və “Dinamo”nu (4:1) məğlub edib. Komanda toplanan xal (9) və vurulan qol (8) baxımından ən yaxşı olub.
V.Karpinin komandası 22 oyundan sonra 31 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Lider "Zenit"in hesabında 44 xal var.
Oxşar xəbərlər
“Qəbələ”nin yeni məşqçisi Premyer Liqada qalacaqlarına əmindir
Azərbaycan Premyer Liqası: "Sumqayıt" səfərdə "Səbail"ə qalib gəlib
Premyer Liqa klubu tarixə düşüb
Premyer Liqa: “Sabah” autsayderə məğlub olub
Azərbaycan Premyer Liqası: mövsümün ilk yarısında ən çox oyun idarə etmiş hakimlər - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib












