Kral Kuboku: "Real Madrid" "Selta"nı 5 qolla keçib
sizinxeber.az xəbər saytı

Kral Kuboku: "Real Madrid" "Selta"nı 5 qolla keçib


Futbol üzrə İspaniya Kral Kuboku çərçivəsində növbəti oyun keçirilib.

Apasport.az xəbər verir ki, 1/8 final mərhələsində "Real Madrid" doğma meydanda "Selta Viqo"nu qəbul edib.

Mbappe və Vinisius Juniorun qollarıyla matçın son dəqiqələrinə öndə gedən madridlilər oyunun sonlarına yaxın gözlənilmədən qapılarında iki ardıcıl top görüblər. 77-ci dəqiqədə Arda Gülerin vurduğu qol VAR-dan qayıdıb, ardıyca "Selta"nın heyətində Bamba və Alonsonun qolları görüşü uzatma dəqiqələrinə aparıb (2:2).

Yarım saatlıq uzatma periodunda "Real"ın türk ulduzu Arda Gülerin 2 məhsuldar ötürməsini qola çevirən Endrik matçın penalti seriyasına getməsinə mane olub. Endrikin 2 qolundan əlavə Fede Valverde də öz növbəsində fərqlənərək ümumi hesabın 5:2 olmasında pay sahibi olub.

Beləliklə çətinliklə də olsa rəqibini yarışdan kənarlaşdıran kral klubu 1/4 finala vəsiqə qazanıb.

Oxşar xəbərlər

"Real Madrid" doğma meydanda "Vilyareal"a qalib gəlib
“Real Madrid” səfərdə “Selta Viqo”nu məğlub edib
"Real Madrid " Mario Hermosonu transfer etmək niyyətindədir
"Real Madrid" doğma meydanda "Osasuna"nı darmadağın edib
“Barselona” “Real Madrid”i 5:2 məğlub edərək Superkubokun qalibi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər