"Qarabağ" rəsmisi: "Sevilya" ilə danışıqlar davam edir, Juninyonun xoşbəxt olduğu yerdə oynamasını istəyirik"
"Sevilya" ilə danışıqlar davam edir, futbolçunun xoşbəxt olduğu yerdə oynamasını təmin etmək istəyirik.
Bunu "Report"a açıqlamasında "Qarabağ"ın baş direktoru Emrah Çelikel Olavio Juninyonun İspaniya təmsilçisinə mümkün keçidi ilə bağlı danışarkən deyib.
Funksioner danışıqların hələlik yekunlaşmadığını söyləyib:
"Hazırda nəticə əldə olunmayıb. İşlər yekunlaşmadıqca, bu barədə geniş açıqlama verməyin düzgün olmadığını hesab edirəm. Proses davam edir. Tərəflərin maraqlarına uyğun nələrsə dəyişə, iki klubdan biri imtina edə bilər. Amma danışıqlar davam edir, oyunçu da bu keçiddə maraqlıdır. Biz də onun xoşbəxt olduğu yerdə oynamasını təmin etmək istəyirik".
İspaniyanın "Ficherio" nəşri Juninyonun "Sevilya"ya transferinin tamamlanmaq üzrə olduğunu və razılaşma üçün bəzi detalların qaldığını vurğulayıb.
Qeyd edək ki, "Sevilya" bir müddət əvvəl Ağdam təmsilçisinin forvardı üçün rəsmi təklif göndərib. Tərəflər arasında ilkin danışıqlar uğursuz alınmışdı.
Oxşar xəbərlər
KİV: "Sevilya" "Qarabağ"ın futbolçusu ilə maraqlanır [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Sevilya" "Qarabağ"ın hücumçusunun transferini yekunlaşdırmağa yaxındır [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ" rəsmisi: "Qurban Qurbanov Türkiyə klublarından təklif alsa da, qəbul etməyib" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: "Juninyo "Sevilya"dan təklif alanda bu xəbərə çox sevinib" [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Sevilya" klubunun futbolçusu Meksika çempionatında çıxış edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












