sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Braziliyanın əfsanəvi futbolçusu Messi ilə Ronaldu arasında seçim edib
Braziliyanın əfsanəvi futbolçusu Ronaldo argentinalı Lionel Messi ilə portuqaliyalı Kriştianu Ronaldu arasında seçim edib.
“Report” xəbər verir ki, ikiqat dünya çempionu və “Qızıl top”un sahibi ənənəvi sualı düşünmədən cavablandırıb.
Braziliyanın “Kruzeyro” və İspanyanın “Valyadolid” klubunun sahibi olan 47 yaşlı sabiq hücumçu digər cənubi amerikalı Messini ən güclü futbolçu hesab edib. O, eyni zamanda italiyalı Paolo Maldinini ən yaxşı müdafiəçi, fransalı Kilian Mbappeni isə hazırda ən yaxşı hücumçu adlandırıb.
Qeyd edək ki, Lionel Messi ABŞ-ın “İnter Mayami”, Kriştianu Ronaldu isə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir.
Oxşar xəbərlər
Messi “Qızıl top”un sahibi oldu
2023-cü ildə ən çox maaş alan futbolçu məlum oldu
Hazard Messi və Ronaldonu müqayisə etdi
Lionel Messi “ilin idmançısı” kateqoriyasında ikinci yeri bölüşdürüb
“İnter Mayami” Lionel Messinin ilk komandası ilə yoxlama görüşü keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













