"Napoli" "Yuventus"un kapitanını transfer etməyə yaxındır
sizinxeber.az xəbər saytı

"Napoli" "Yuventus"un kapitanını transfer etməyə yaxındır


İtaliyanın "Napoli" klubu A Seriyasının digər iştirakçısı "Yuventus"un 33 yaşlı müdafiəçisi və kapitanı Danilo Luisi transfer etməyə yaxındır.

"Sizinxeber.az" "Corriere dello Sport"a istinadən xəbər verir ki, tərəflər futbolçunun keçidi ilə bağlı danışıqları yekunlaşdırmaq üzrədir.

Neapol təmsilçisi braziliyalı futbolçunu yanvarda heyətə qatmaq niyyətindədir. "Yuventus"un direktoru Kristiano Kuntoli futbolçunun komandadan kənarlaşdırıldığını və onun yanvarın sonuna qədər özünə yeni iş yeri tapmalı olduğunu təsdiqləyib.

Qeyd edək ki, D.Luisin Turin təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir. "Transfermarkt" portalı futbolçunun dəyərini 4 milyon avro qiymətləndirir.

Oxşar xəbərlər

"Yuventus" futbolçusunu gələn yay sata bilər
Premyer Liqa klubu "Korintians"ın hücumçusunu transfer etmək istəyir
Tyaqo Motta "Yuventus"u tərk edəcək futbolçunun adını açıqlayıb
"Yuventus" qışda Slovakiya millisinin futbolçusunu transfer edə bilər
"Real" İngiltərə klubunun futbolçusu üçün rekord məbləğ ödəmyə hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle