Superkompüter İngiltərə Premyer Liqasının çempionunu təxmin edib
“Liverpul” futbol üzrə İngiltərə Premyer Liqasının cari mövsümünün qalibi olacaq.
“Report” xəbər verir ki, bu, Britaniyanın analitika şirkətinin superkompüterinin hesablamaları nəticəsində məlum olub.
Proqnoza görə, “qırmızılar”ın İngiltərə çempionu olmaq ehtimalı 86 %-dir. “Opta” qeyd edib ki, Arne Slotun yetirmələrinin səfərdə “Tottenhem”i darmadağın etməsi (3:6) onların çempionluq şansını 4 % artırıb. Superkompüter ikinci favorit kimi turnir cədvəlinin üçüncü pillədəsinki “Arsenal”ı görür. “Topçular”ın “Kristal Pelas”ı 1:5 hesabı ilə yenməsinə baxmayaraq, “Liverpul”un uğuru onların şansını 0,3 % azaldıb – 10,3 %. Bundan başqa, Londonun digər təmsilçisi “Çelsi”nin də, az da olsa, çempion olma ehtimalı var, lakin “zadəganlar”ın son turdakı xal itkisi bunu 5,5-dən 3,1 %-ə endirib.
Xosep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti”nin mövsümü birinci yerdə bitirmək ehtimalı isə getdikcə suya düşür – 0,6 %. “Şəhərlilər” 17-ci turda da məğlub olaraq uğursuzluq seriyasını davam etdirirlər.
Şirkət vurğulayıb ki, superkompüter mövsümü 10 000 dəfə modelləşdirir və hər komandanın titulu qazandığı bu simulyasiyaların payını hesablayır.
Oxşar xəbərlər
Superkompüter İngiltərə Premyer Liqasının qalibini proznoqlaşdırıb
İngiltərə Premyer Liqası: “Arsenal” “Kristal Pelas”ı darmadağın edib
"Liverpul" "Çelsi"yə qalib gələrək liderliyini qoruyub
“Mançester Siti” son 18 ilin antirekordunu qırıb
Qvardiola “Liverpul” – “Mançester Siti” qarşılaşmasının favoritini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













