"Barselona" ilk dəfə öz meydanında "Leqanes"ə məğlub olub
sizinxeber.az xəbər saytı

"Barselona" ilk dəfə öz meydanında "Leqanes"ə məğlub olub


İspaniyanın "Barselona" klubu ilk dəfə öz meydanında "Leqanes"ə məğlub olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu, La Liqanın XVII turuna təsadüf edib.

Kataloniya klubu evdə "Leqanes"ə 0:1 hesabı ilə uduzub. Yeganə qolu 4-cü dəqiqədə müdafiəçi Serxio Qonsales vurub.

Bundan əvvəl "Barselona" La Liqada "Leqanes" üzərində 4-ü evdə olmaqla 7 qələbə qazanmışdı. Kataloniya təmsilçisi bir dəfə səfərdə bu rəqibinə məğlub olub.

Qeyd edək ki, "Barselona" hazırda turnir cədvəlində 38 xalla ilk pillədə qərarlaşıb.

Oxşar xəbərlər

“Barselona” öz meydanında “Leqanes”ə uduzub
“Real” “Leqanes”i darmadağın edib və “Barselona” ilə arasındakı fərqi azaldıb
"Barselona" antirekordunu təkrarlayıb
"Barselona" yeni rekorda imza atıb
"Barselona" klubu rekorda imza atıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər