Azərbaycan millisinin sabiq baş məşqçisi dünyanın ən yaxşı müdafiəçiləri sırasında yer alıb
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin sabiq baş məşqçisi dünyanın ən yaxşı müdafiəçiləri sırasında yer alıb


Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torres dünya futbolunun ən yaxşı müdafiəçiləri sırasında göstərilib.

"Sizinxeber.az"un məlumatına görə, siyahını Böyük Britaniyanın nüfuzlu "Give me Sport" nəşri tərtib edib.

2016-cı ildə dünyasını dəyişmiş keçmiş oyunçu 9-cu sırada yer alıb.

Birinci pillədə Almaniya millisinin və "Bavariya"nın əfsanəvi oyunçusu Frans Bekkenbauer qərarlaşıb. İtaliya yığmasının və "Milan"ın sabiq üzvü Paolo Maldini ikinci, Milan təmsilçisinin digər sabiq üzvü Franko Barezi üçüncüdür.

Növbəti pillələrdə Bobbi Mur, Qaetano Şirea, Alessandro Nesta, Markos Kafu, Serxio Ramos, Karlos Alberto Torres və Fabio Kannavaro yer alıblar.

Qeyd edək ki, braziliyalı Karlos Alberto Torres 2004-2005-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

Oxşar xəbərlər

İtaliya millisinin sabiq futbolçusu dünyasını dəyişib
Futbol tarixinin ən yaxşı hücumçularının siyahısı müəyyənləşib
İtaliya millisinin sabiq futbolçusu yığmaya məşqçi təyin olunub
Niderland millisinin sabiq üzvü vəfat edib
Azərbaycan millisinin sabiq üzvü Türkiyənin III Liqasında oynayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər