sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
PSJ Xviça Kvaratsxeliyanı transfer etmək istəyir
Fransanın PSJ klubu İtaliya təmsilçisi "Napoli"nin və Gürcüstan millisinin hücumçusu Xviça Kvaratsxeliyanı transfer etmək istəyir.
"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Luis Enrike 23 yaşlı futbolçunu komandasında görməkdə israrlıdır.
İtaliya klubu futbolçunu heyətdə saxlamağa çalışsa da, hazırda müqavilə müddətinin uzadılmasında çətinliklər yaranıb. Çünki tərəflər təzminat məbləği ilə bağlı razılığa gələ bilmirlər.
Qeyd edək ki, X.Kvaratsxeliya cari mövsümdə bütün yarışlarda 14 oyun keçirib, 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Neapol təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Oxşar xəbərlər
Xviça Kvaratsxeliya "Napoli"ni tərk edə bilər
Xviça Kvaratsxeliya "Napoli" ilə razılığa gəlib
"Barselona" Portuqaliya klubunun hücumçusunu transfer etmək istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
