UEFA-nın Azərbaycan futzal millisinə texniki məğlubiyyət verməsinin səbəbi müəyyənləşib
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin ötən il dekabrın 15-də futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçirilmiş Azərbaycan – Rumıniya oyununun nəticəsini ləğv etməsinin və millimizə texniki məğlubiyyət (0:5) verməsinin səbəbi müəyyənləşib.
“Report”un əldə etdiyi məlumata görə, buna yığmamızın heyətində meydana çıxmaq icazəsi olmayan futzalçıdan istifadə edilməsi səbəb olub.
Qərarda komandamızın UEFA İntizam Qaydasını pozduğu qeyd olunsa da, konkret ad göstərilməyib. Amma söhbət həmin qarşılaşmada çıxış edən braziliyalılar Amadeu və ya Vileladan gedir.
Yığmamızın yer aldığı A qrupunda bu sanksiya daha əvvəl 2 dəfə Rumıniyaya tətbiq olunub. Belə ki, Niderland kollektivinin şikayəti əsasında analoji səbəbdən UEFA-nın adıçəkilən komitəsi Rumıniya – Niderland və Niderland – Rumıniya oyunlarının nəticəsini ləğv etmiş, hər iki oyunda Rumıniyaya texniki məğlubiyyət (0:5) vermişdi.
Qeyd edək ki, Azərbaycan - Rumıniya görüşü 5:5 hesabı ilə başa çatmışdı.
Oxşar xəbərlər
Azərbaycan futzal millisi DÇ-2024-ün elit mərhələsində bu gün son oyununa çıxacaq
Çempionlar Liqası: PSJ “Milan”ı darmadağın etdi, “Nyukasl” səfərdə məğlub oldu - VİDEO
Azərbaycan futzal millisi Niderlanda məğlub olub
Bir təqvim ilində 5 və daha çox kubok qazanan klublar - SİYAHI
UEFA "Qarabağ"a 1,5 milyon avrodan çox ödəniş edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












