Azərbaycan futzal millisi DÇ-2024-ün elit mərhələsində bu gün son oyununa çıxacaq
Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində bu gün son oyununa çıxacaq.
“Report”un məlumatına görə, A qrupunda yer alan Vitali Borisovun kollektivi Niderlandla qarşılaşacaq.
Almere şəhərində yerləşən “Topsportsentrum Arena”da baş tutacaq görüşü Litvadan olan hakimlər briqadası idarə edəcək.
Son tur ərəfəsində Azərbaycan yığması 4 xalla sonuncu pillədə qərarlaşıb, Niderlandın isə hesabında 6 xal var. Millimiz qələbə qazanacağı təqdirdə, qrupu ikinci pillədə tamamlaya bilər. Komandanın pley-off mərhələsinə vəsiqə qazanıb-qazanmayacağı isə digər qruplardakı nəticələrdən də asılı olacaq.
Qrupun digər matçında Rumıniya ilə Qazaxıstan birincilərin meydançasında üz-üzə gələcəklər.
DÇ-2024, elit mərhələ
A qrupu, VI tur
20 dekabr
21:30. Niderland – Azərbaycan
Hakimlər: Dominikas Norkus, Mantas Pomeçkis, İrmantas Kapraşovas (hamısı Litva).
Timekeeper: Joern Te Kloeze (Niderland).
Hakim-inspektor: Karel Heniç (Çexiya).
UEFA nümayəndəsi: Fabritsio Di Feliçe (İtaliya).
Almere. “Topsportsentrum Arena”.
Oxşar xəbərlər
Azərbaycan millisinin futzalçısı: “Niderlandda qələbə qazanacağıq”
Gəncə sakini intihar edib
Çempionlar Liqası: “Qalatasaray” bu gün “Bavariya”nı qəbul edəcək - AFİŞA
Azərbaycan Kuboku: Bu gün daha iki oyun keçiriləcək
Çempionlar Liqası: PSJ “Milan”ı darmadağın etdi, “Nyukasl” səfərdə məğlub oldu - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













