Azərbaycan Kuboku: "Turan Tovuz" “Hypers Guba”ya böyük hesabla qalib gəlib
sizinxeber.az xəbər saytı

Azərbaycan Kuboku: "Turan Tovuz" “Hypers Guba”ya böyük hesabla qalib gəlib


Futbol üzrə Azərbaycan Kubokunda "Turan Tovuz" “Hypers Guba”ya böyük hesabla qalib gəlib.

"Sizinxeber.az"un məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan II təsnifat mərhələsinin oyununda ev sahibləri 7:2 hesablı qələbəyə sevinib.

15-ci dəqiqədə “Hypers Guba”nın heyətində Ramil Əhmədov avtoqol müəllifi olub. "Turan Tovuz"un aktivinə digər qolları Ayxan Quseynov (17,25), Aleks Souza (38,39), Sadiq Quliyev (56) və Nahid Əliyev (60) yazdırıblar.

Qonaq komandanın heyətində isə İlqar Ələkbərov (64, 68) dubl müəllifi olub.

Qeyd edək ki, "Turan Tovuz"un 1/8 finaldakı rəqibi "Sabah" olacaq.

Oxşar xəbərlər

Azərbaycan Kubokunda II təsnifat mərhələsi bu gün başlayır
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" səfərdə "Sumqayıt"a qalib gəlib
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" doğma meydanda məğlub olub
"Hypers Guba" klubunun baş məşqçisi: "Çox istərdik ki, Azərbaycan Kubokunda sensasiya edək"
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"a qalib gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər