"Qarabağ" futbolçusunun Polşa klubuna keçməsinə icazə verib - RƏSMİ
"Qarabağ" klubu futbolçusu Rahil Məmmədovun Polşa təmsilçisi LKS-ə (Lodz) keçməsinə icazə verib.
Bu barədə "Sizinxeber.az"a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, məşqçilər korpusu və rəhbərlik yerli futbolçunun Avropada oynamaq şansını və perspektivini nəzərə alaraq, 28 yaşlı müdafiəçiyə getməklə bağlı icazə verib: "Rahil Məmmədov ona Polşa klubundan təklif gəldiyini, “Qarabağ” icazə verərsə, Avropada legioner həyatı yaşamaq istədiyini bildirdi. Məşqçilər korpusu və rəhbərlik yerli futbolçunun Avropada oynamaq şansını və perspektivini nəzərə alaraq Rahilə icazə verdi. Futbolçu yaxın günlərdə həkim müayinəsindən keçəcək. Proses uğurla nəticələnəcəyi halda, klubumuz Rahilin keçidinə şərait yaradacaq. "Qarabağ" hər zaman idman prinsiplərini üstün tutur və nəticələrlə azarkeşlərimizi sevindirmək əsas prioritetdir. Bildiyiniz kimi, qış transfer dönəmində bir neçə futbolçumuza təkliflər olsa da, heç birinin buraxılmaması qərarı verilmişdi. Amma baş məşqçi Qurban Qurbanov Rahilin milli komandamızın üzvü olmasını, legioner həyatı yaşamaq istəyini və karyera perspektivini nəzərə alaraq bu təklifin istisna hal kimi dəyərləndirilməsini istədi və rəhbərlik də etiraz etmədi".
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Rahil Məmmədov 2018-ci ildən "Qarabağ"ın uğurları üçün çalışır. LKS (Lodz) hazırda Polşa Ekstraklasasında 18 oyundan sonra 10 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Erməni bloger İlham Əliyevdən icazə istədi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Anar Hacıyevə "Qarabağ"da yüksək vəzifə verildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bennett İrana iki hücuma icazə verdiyini etiraf edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Norveç Ukraynaya birbaşa silah satışına icazə verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
İspaniyalı futbolçu “Qarabağ”la vidalaşıb: “Mənim üçün ən yaxşı dövr deyildi” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












