Azərbaycan Kubokunun I təsnifat mərhələsində iştirak edən klubların bir neçəsi cərimələnib
sizinxeber.az xəbər saytı

Azərbaycan Kubokunun I təsnifat mərhələsində iştirak edən klubların bir neçəsi cərimələnib


AFFA İntizam Komitəsi II Liqada çıxış edən bir neçə klubu cərimələyib.

"Sizinxeber.az" xəbər verir ki, buna Azərbaycan Kubokunun I təsnifat mərhələsində keçirilmiş matçlardakı hadisələr səbəb olub.

“Göygöl” klubu “Hypers Guba” ilə oyunda altı futbolçusunun sarı vərəqə almasına görə 70 manat, meydana kənar şəxslərin daxil olması ucbatından 80 manat, matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.

“Hypers Guba” isə beş oyunçusu sarı vərəqə aldığı üçün 70 manat ödəməli olacaq.

Bundan əlavə, “Lerik” “Ağdaş”la matçda oyun günü planı pozulduğuna görə 100 manat ziyana düşüb. Digər komanda da eyni səbəbdən cərimə ödəyəcək.

“Şəmkir” komandası 80 manat cərimə edilib. “Sheki City” ilə qarşılaşmada komandanın qapıçısının formasında qüsur olub və görüş bu səbəbdən gec başlayıb.

"Füzuli" də 100 manat ziyana düşəcək. Buna "Dinamo" ilə oyunda matçın ilkin protokolunu elektron bazada gec təsdiqi səbəb olub.

Oxşar xəbərlər

"Ağdaş" klubunun futbolçusu 4 oyunluq cəzalandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqasında çıxış edən beş klub cərimələnib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqasında çıxış edən üç klub cərimələnib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Şamaxı", "Turan Tovuz" və "Sumqayıt" klubları cərimələnib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Göygöl" komandasına texniki məğlubiyyət verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər