Azərbaycan millisinin sabiq üzvü: "Futbolçular maksimum nəyi bacarırlar, onu da edirlər"
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin sabiq üzvü: "Futbolçular maksimum nəyi bacarırlar, onu da edirlər"


Futbolçular maksimum nəyi bacarırlar, onu da edirlər.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Ceyhun Sultanov deyib.

45 yaşlı veteran futbolçu yığmanın son dönəmdəki çıxışını dəyərləndirib:

"Milli komanda haqqında çox danışmaq istəmirəm. Çünki perspektiv tam o deyil. Üç gün əvvəl Estoniyaya məğlub olduq. Heç nə dəyişməyəcək. Bu gün Slovakiyaya qalib gəlsək də, heç nə dəyişməyəcək".

O, yığmaya qarşıdakı oyunlarda uğurlar arzulayıb:

"Hər dəfə millinin qələbə qazandığı oyunlardan sonra xoş danışmağa başlayırıq. Uduzanda yaxşı fikirlər söyləmirik. Bu normaldır. Azərbaycan yığması hər kollektivə qarşı sabit oynaya bilməz. Çünki bu kollektivin potensialı o deyil. 15-20 ildir ki, bəzi seçmə mərhələlərdə bir az yaxşı oyun sərgiləyirik. Deyiləcək çox söz yoxdur. Oyunçuların potensialı budur. Bundan yaxşı ola bilərmi? Futbolçular maksimum nəyi bacarırlar, onu da edirlər. Komandaya növbəti qarşılaşmalarda uğurlar arzulayıram".

Qeyd edək ki, Azərbaycan millisi üç gün əvvəl səfərdə Estoniyaya uduzub - 1:3. Fernandu Santuşun baş məşqçisi olduğu komanda bu gün Slovakiya ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

Azərbaycan millisinin baş məşqçisi: "Emin Mahmudov keyfiyyətli futbolçudur"
Azərbaycanın U-18 millisinin baş məşqçisi: Komanda bir çox rəqiblərlə başabaş oynaya bilər
Azərbaycan millisinin sabiq üzvü: Yığmamız hücum futboluna üstünlük versə, qələbə də qazana bilər
Arif Əsədov: Penaltini Emin Mahmudov vursaydı, daha yaxşı olardı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər