“Turan Tovuz” Türkiyədə 3 yoxlama görüşü keçirəcək
Mövsümün ikinci yarısına hazırlığı Türkiyədə keçəcək “Turan Tovuz”un yoxlama görüşlərindəki rəqibləri bəlli olub.
“Report”un klubun mətbuat xidmətinə istinadən məlumatına görə, yanvarın 17-dək Antalyada hazırlıq keçəcək Premyer Liqa təmsilçisi 3 matçda gücünü sınayacaq.
Tovuzlular ilk yoxlama oyununa yanvarın 9-da çıxacaqlar. Rəqib Rumıniya yüksək liqa təmsilçisi “Voluntari” olacaq. Növbəti oyunlar yanvarın 15-də gerçəkləşəcək. Həmin gün baş məşqçi Ayxan Abbasov 2 görüşdə yetirmələrini yoxlayacaq.
Komanda günün ilk oyununda Macarıstan “Şiofok”u ilə qarşılaşacaq. Bir neçə saat sonra reallaşacaq qarşılaşmadakı rəqib isə Özbəkistan yüksək liqa təmsilçisi “Nasaf” olacaq.
Qeyd edək ki, 18 turda 22 xal toplayan “Turan Tovuz” Premyer Liqada 7-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
“Kəpəz” Premyer Liqanın digər klubları ilə yoxlama görüşü keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"ı məğlub edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Araz-Naxçıvan”ın qış hazırlıq planı məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: “Qarabağ” ilin son oyununda qələbə qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qəbələ" klubunun qış hazırlıq planı müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












