AFFA klub nümayəndələrini 5 oyunluq cəzalandırıb
AFFA U-15 Liqasında çıxış edən “Metak” komandasının nümayəndələri 5 oyunluq cəzalandırılıb.
“Report” qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.
Belə ki, "Nefçi"ni qəbul edən "Metak" komandasının cəzalı durumda olan baş məşqçisi Mehman Səfərov və nümayəndəsi Salman Səfərov oyunun gedişi zaman yan xətt hakimini dəfələrlə təhqir etdiklərinə görə 5 matçlıq diskvalifikasiya ediliblər.
Bundan başqa, qarşılaşma bitdikdən sonra azarkeşlər meydana daxil olaraq yan xətt hakiminə təzyiq etməyə çalışdıqlarına görə “Metak” kollektivinə xəbərdarlıq edilib.
Qeyd edək ki, İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 gün ərzində Apellyasiya Arbitraj Tribunalının İntizam Palatasına verilə bilər.
Oxşar xəbərlər
AFFA İntizam Komitəsi bölgə klubunun futbolçusunu dörd oyunluq cəzalandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Kəpəz” və “Turan Tovuz”un futbolçuları 4 oyunluq diskvalifikasiya edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AFFA “Kəpəz”in futbolçusunu 1 oyunluq cəzalandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AFFA Samir Abasova xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Zirə” klubuna futbolçunun atasına görə xəbərdarlıq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












