Türkiyədə daha bir futbol hakimi döyülüb, referinin burnu qırılıb
Türkiyədə daha bir futbol hakimi döyülüb.
"Sizinxeber.az" yerli mətbuata istinadən xəbər verir ki, hadisə Birinci Həvəskar Liqada baş verib.
"Kumçatıspor" klubunun oyunçuları "Cizre Diclespor"la qarşılaşmada hakimlərə, ardından isə rəqib futbolçulara hücum ediblər.
Nəticədə köməkçi hakim Veysel Samsakın burnu qırılıb. Azarkeşlər isə "Cizre Diclespor"un avtbobusuna hücum çəkiblər.
Qeyd edək ki, daha əvvəl Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.
Şırnak'ta 1'inci Amatör Lig'de Kumçatıspor oyuncuları, Cizre Diclespor karşılaşmasında önce hakemlere, ardından rakip takımın oyuncularına saldırdı.
— Fotomaç (@fotomac)
Olaylarda yardımcı hakem Veysel Samsak'ın burnu kırıldı.
Oxşar xəbərlər
Türkiyədə hakimi döyən klub prezidenti istefa verdi
FİFA-dan türkiyəli hakimin döyülməsinə reaksiya
Adrian Mutu: “Məğlub olmağımız utancvericidir”
Baş prokurorun birinci müavini: "Seçki komissiyalarının işinə müdaxilə edənlər məsuliyyətə cəlb olunacaqlar"
Azərbaycanın futbol hakimlərinin Türkiyədə təlim-məşq toplanışı nəzərdə tutulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













