FİFA-dan türkiyəli hakimin döyülməsinə reaksiya
sizinxeber.az xəbər saytı

FİFA-dan türkiyəli hakimin döyülməsinə reaksiya


FİFA prezidenti Canni İnfantino “Ankaragücü”nün prezidenti Faruk Kocanın “Rizespor”la keçirilən oyundan sonra matçın baş hakimi Halil Umut Meleri vurmasına münasibət bildirib.

Sizinxəbər.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bu barədə paylaşım edib:

“Futbolda zorakılığa nə meydanda yer var, nə də onun sərhədlərindən kənarda. “Ankaragücü” - “Rizespor” matçından sonra meydanda yaşananlar qəbuledilməzdir. Bizim idmanda və futbolda bu cür hadisələrə yer yoxdur. 

Rəsmi simalar olmadan futbol yoxdur. Hakimlər, oyunçular, azarkeşlər təhlükəsizlikdə olmalıdırlar ki, hamı oyunlardan zövq alsın. Aidiyyəti qrumları bu tələbləri bütün səviyyələrdə nəzarətdə saxlamağa çağırıram”.

Qeyd edək ki, Faruk Koca hakim idarəçililiyindən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Referi aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib. Faruk Koca isə bu gün saxlanılıb.

Oxşar xəbərlər

Türkiyədə hakimi döyən klub prezidenti istefa verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə daha bir futbol hakimi döyülüb, referinin burnu qırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əliyar Ağayev “Mançester Siti”nin Çempionlar Liqasındakı oyununu idarə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İspaniya La Liqasında VAR hakimləri ilə meydandakı referi arasında söhbət açıqlanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisi FIFA reytinqində: 30 ilin ən yaxşı 16-cı göstəricisi - ARAŞDIRMA [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər