sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
PSJ-nin qapıçısının evi qarət edilib, həyat yoldaşı xəsarət alıb
Fransanın PSJ klubunun qapıçısı Aleksandr Letelyenin evi qarət edilib.
"Sizinxeber.az" "RMC Sport"a istinadən xəbər verir ki, hadisə dekabrın 18-dən 19-na keçən gecə saat iki radələrində baş verib.
Naməlum şəxslər 33 yaşlı qolkiperin Paris ətrafındakı evinə daxil olublar. Həmin vaxt futbolçunun özü, həyat yoldaşı, həmçinin 2 və 6 yaşlı iki uşağı evdə olub. Cinayətkarlar oyunçunun ailəsini silahla hədələyiblər, ondan pul və zinət əşyaları tələb ediblər. Hətta Letelyenin həyat yoldaşının üzünə zərbələr endirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 4 şəxsi saxlayıblar, onlardan ikisi yetkinlik yaşına çatmayıb.
Oxşar xəbərlər
Oğuzda evdən meyit tapılıb
Həyat yoldaşı tərəfindən öldürülən müğənninin bacısı DANIŞDI - VİDEO
Demensiyadan əziyyət çəkən Bryus Uillisin vəziyyəti açıqlandı
Prokurorluq: Şamaxı sakini bir neçə atəşlə öldürülüb - YENİLƏNİB-3
İspaniyada 300-dən çox kiberhücum həyata keçirən qruplaşmanın liderlərindən biri saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













