“Qarabağ” Bolqarıstan futbolunun tarixinə düşüb
sizinxeber.az xəbər saytı

“Qarabağ” Bolqarıstan futbolunun tarixinə düşüb


UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”a 2:7 hesabı ilə məğlub olan Bolqarıstanın “Ludoqorets” klubu antirekorda imza atıb.

Apasport.az xəbər verir ki, indiyədək avrokuboklarda Bolqarıstanı təmsil edən heç bir kollektiv avrokuboklarda doğma meydanda qapısından 7 top buraxmayıb.

Buna qədər ən zəif göstərici 1977-ci ildə Kuboklar Kubokunda "Anderlext"ə (Belçika) 1:6 hesabı ilə uduzan "Lokomotiv"ə (Sofiya) məxsus olub.

Bundan başqa, Sofiya “Slaviya”sı 1988-ci ildə Serbiya “Partizan”ına, "Liteks" isə 1998-ci ildə Rusiyanın "Spartak" (Moskva) klubuna 0:5 hesabı ilə yenilib. Hər iki görüş UEFA Kubokuna təsadüf edib.

“Ludoqorets”in avrokuboklardakı ən böyükhesablı məğlubiyyəti isə ötən mövsüm Konfrans Liqasının qrup mərhələsində qeydə alınıb. Razqrad təmsilçisi Danimarkada “Norşellan”a 1:7 hesabı ilə uduzub. Klub, həmçinin 2016-cı ildə Çempionlar Liqasında, 2019-cu ildə isə Avropa Liqasında, müvafiq olaraq, "Arsenal" (İngiltərə) və "Espanyol"la (İspaniya) matçlarda 6 cavabsız top buraxıb.

Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində “Ludoqorets” klubunu iki oyunun nəticəsinə əsasən 8:4 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazanıb. “Köhlən atlar” bu raunnda Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə qarşılaşacaq.

Oxşar xəbərlər

"Qarabağ" "Ludoqorets"ə məğlub olub
"Fənərbaxça" Çempionlar Liqası ilə vidalaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər